Zeynal Məmmədov: «Neftçi» Adamiyaya görə həddindən çox pul istəyir»

XƏBƏR 22 Yanvar 2009 / 18:23 2562
-  A +

«Hazırda Adamiya komandamızla birgə məşq edir. Ancaq onun transfer məsələsi hələ də açır qalır. Çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın». Qol.Az-a açıqlamasında «Bakı» klubunun baş meneceri Zeynal Məmmədov belə deyib. Adamiyaya görə «Neftçi» «Bakı»dan 200 min dollar istəsə də, Z.Məmmədov bu məbləği vermək niyyətində olmadıqlarını bildirib: «Adamiyaya görə 200 min dollar istənilməsi həddindən çoxdur. Açığı, bu məbləği vermək fikrində deyilik. 200 min dolların yalnız 20-30 faizini verə bilərik».
  


 

Daha çox


Son xəbərlər