“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorssonun əlcəyi FİFA-nın muzeyinə göndərilib.
Qol.az-ın məlumatına görə, bu barədə İslandiyanın “visir.is” saytı xəbər yayıb. İddiaya görə, DÇ-2018-in qrup mərhələsinin Argentina ilə oyununda Lionel Messinin penaltisini dəf edən 34 yaşlı qolkiperin həmin matçda geyindiyi əlcək bundan sonra ali futbol qurumunun muzeyində saxlanılacaq.
Mətbu orqan yazır ki, İslandiya hakimiyyəti o hadisədən sonra milli qəhrəman səviyyəsinə yüksələn Halldorssonun şərəfinə heykəl ucaltmağı planlaşdırır. Hətta ölkədə həmin gün anadan olan oğlan uşaqlarının demək olar ki, hamısına Hannes adı qoyulub:
“Halldorssonun həmin oyunda dünyanın ən yaxşı futbolçusunun penaltisini dəf etməsi İslandiya idmanının tarixinə önəmli hadisələrdən biri kimi düşüb. Bu, FİFA tərəfindən yüksək qiymətləndirilib və qurum ölkə futboluna dəstək məqsədilə qolkiperin sözügedən matçda əlinə geyindiyi əlcəyi öz muzeyində saxlamağa qərar verib”.
Qeyd edək ki, Argentina ilə matçın 64-cü dəqiqəsində Messinin penaltisini qaytaran Halldorsson komandasının xal qazanmasında böyük rol oynamışdı.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti