"Qəbələ" ilə oyunlar çox çətin olacaq" - “Proqres”in idman direktoru

"Qəbələ" ilə oyunlar çox çətin olacaq" - “Proqres”in idman direktoru
GÜNDƏM 22 İyun 2018 / 11:29 2721
-  A +

“Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra məşhurlaşdıq. “Qəbələ” ilə düşəcəyimizi hiss etmişdim. Biz artıq hər şeyi təşkil etmək üzrəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və tez bir zamanda hər şeyi yüksək səviyyədə həll edəcəyik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri “Proqres”in idman direktoru Tomas Gilgeman Avropa Liqasının 1-ci təsnifat mərhələsində  "Qəbələ" ilə düşmələrini dəyərləndirərkən deyib.

Daha sonra o bildirib: “Qəbələ” son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar “Borussiya”, “Krasnodar”, PAOK, “Anderlext”, “Maynts”, “Sent-Etyenn” kimi klublarla qarşılaşıblar. Bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi