DÇ-2018-in hakiminin kədərli həyatı – 25 ildir zibil yığır

DÇ-2018-in hakiminin kədərli həyatı – 25 ildir zibil yığır
DÇ-2018 23 May 2018 / 13:11 6963
-  A +

DÇ-2018-də hakimlik edəcək Panama laysmanlarından birinin maraqlı tarixçəsi üzə çıxıb.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş hakim köməkçilərindən olacaq Qabriel Viktoriya ölkəsində hakimlik etməklə yanaşı həm də küçələrdən zibil yığır.

Məsələ burasındadır ki, Panamada hakimlərin idarəçilikdən gəlirləri çox azdır. Buna görə də onlar dolanışıq üçün iki işdə işləmək məcburiyyətindədirlər. O, ac qalmamaq üçün düz 25 ildir - 1993-cü ildən zibilyığan işləyir. Həmin vaxtdan Qabrielin iş cədvəli aşağıdakı kimidir:

03:40 – yuxudan oyanmaq

05:00 – işə başlamaq

17:00 – futbol meydançasında məşq


“Mən heç nədən utanmıram. Hər iki peşə xoşuma gəlir. Buna görə həmkarlarımla aramızda hər hansı gərginlik də yoxdur” – deyə Qabriel bildirir.

Belə iş rejiminə baxmayaraq, Qabriel hakimlik karyerasında uğurlar əldə edə bilib. O, 2015-də U-20, 2017-də U-17-lər arasında dünya çempionatında, 2016-cı ildə Amerika kubokunda hakimlik edib.

Qabrielin dediyinə görə, DÇ-2018-in hakimləri siyahısına düşdükdən sonra ona ünvanlanan təbriklərin sayı-hesabı itib. Dostlarından biri isə DÇ-2018-in Vikroriyadan hakimlik edəcəyi ilk oyunun futbolkasını xahiş edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi