"Kubok oyunu həmişə ağır olur. Amma oyuna həddən artıq köklənmişdik. İlk görüşdə kubokun taleyini həll etmək istəyirdik. Bu gün komandam hücum futbolu oynadı, qələbə qazandı. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onların sayəsində daha aqressiv oyun sərgilədik. Aprelin 15-də süni örtükdə "Zirə"yə qarşı vacib görüşə çıxacağıq. Çalışacağıq ki, hər iki cəbhədə mübarizəmizi davam etdirək".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun yarımfinalında səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Hesabı nə dərəcədə qaneedici sayırsınız?
- Fikirləşirdim ki, 2:0-dan sonra Çempionlar Liqasında 2 gündür sürprizlər baş verir. Bütün məsələlər cavab görüşündə həll olunacaq. 2:0 hesabı ilə udsaydıq, bir balaca nəfəs alardıq. Rəqibin gücünə də bələdik. Cavab görüşündə daha istəkli olaraq, qələbə qazanmağa gücümüz var.
- Sıx oyun qrafiki iki cəbhədə mübarizə aparmaq baxımından sizə nə dərəcədə çətinlik yaradacaq?
- Yetərincə futbolçularımız var. Yeganə narahatlığımız Ruslan Abışovun yoxluğudur. Əlimizdəki materialdan istifadə edəcəyik. Peşəkarlıqdan, avrokuboklara vəsiqələrdən danışırıqsa, hər bir futbolçu bunu dərk etməlidir.
- İlk görüşdəki nəticə komandanızı cavab görüşündə müdafiə futboluna sövq etməyəcək?
- Bu gün komandam yüksək templi oynayıb gözəl qələbə qazandıq. Oyunun sonları daha dramatik alındı. Bu komandaya gələndən hücum futbolu və qol vurmağı təlqin etmişəm.
- Hesabda öndə olduğunuz vaxt da komandanız hücum edirdi. Düşünmürsünüzmü ki, qol buraxmağınız da bununla əlaqədar oldu?
- 2:0-dan sonra nələrin baş verdiyinə futbolçular qərar verir. Strategiyamda müdafiədə oturmaq yoxdur. Qalib gəlmişiksə, deməli, nəticə qaneedicidir.
- Mirabdulla Abbasov və Emin Mahmudovun ehtiyatda qalmaları nə ilə əlaqədar idi?
- 3 gündə bir dəfə oyunlarımız var. Mirabdulla Abbasov və Emin Mahmudov son oyunlarda heyətdə çıxış edirdi. Bu gün onların ehtiyatda qalması qarşıdakı oyunla bağlı atılmış addım idi.
- Bəs legionerlərin çıxışını necə dəyərləndirirsiniz?
- Məşqlərdə hər bir futbolçunu yoxladıqdan sonra qərar veririk. Soni Mustivar da, Luka Kampas da yaxşı oynadı. Kim layiqdirsə, o da heyətdə olacaq. (report.az)
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun