Ronaldo yenə hamını qabaqladı

Ronaldo yenə hamını qabaqladı
XƏBƏR 8 Dekabr 2017 / 15:12 3786
-  A +

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Real"ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.

Portuqaliyalı futbolçu Filippe Koutinyo ("Liverpul"), Kotentino Tolisso (PSJ), Bernard (“Şaxtyor”), Eden Hazard (“Çelsi”), Pako Alkaser (“Barselona”), Son Hin-Min (“Tottenhem”) və Xuan Kuadradonu (“Yuventus”) qabaqlayıb.

Ronaldo Dortmund "Borussiya"sına 3:2 hesabı ilə qalib gəldikləri oyunda komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Ronaldo qrup mərhələsinin 5-ci turunda da həftənin ən yaxşı oyunçusu seçilmişdi.

Daha çox


Son xəbərlər