"Bu cür davam edəcəyəm" - Filip Ozobiç

"Bu cür davam edəcəyəm" -  Filip Ozobiç
GÜNDƏM 3 Dekabr 2017 / 18:50 2774
-  A +

“Biz bilirdik ki, çətin oyun olacaq. Yaxşı ki, üç qol vurduq. Əsas olan isə qələbə qazanmaq idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç Topaz Premyer Liqanın 14-cü turunda “Keşlə”yə qalib gəldikləri oyundan (3:0) sonra deyib.

Oyunda dubl edən xorvatiyalı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında bu cür davam edəcəyini bildirib: “Növbəti qələbəyə görə hamımız sevinirik. Bəli, dubl etdim. Zədədən sonra işlərim qaydasında gedir və qollar vurmağım mənim üçün də yaxşıdır. Ümidvaram ki, bu cür də davam edəcəm. Əsas odur ki, hazırda zədəm yoxdur, hər şey yaxşıdır. “Qəbələ”nin “Keşlə”yə 100-cü qolunu mən vurdum? Bu haqda heç məlumatım yox idi. Şadam ki, 100-cü qolu özüm vurmuşam".

Ozobiç ölkə kubokunun 1/4 finalında “Səbail”lə keçiriləcək görüşlər haqda da danışıb: “Səbail”ə qarşı ölkə kubokunda iki oyunumuz var. Məncə, hər iki matç ağır keçəcək. Ancaq “Qəbələ” indi yaxşı formadadır. Uğurlu çıxış edə bilərik. Yaxşı nəticələrin ardını “Səbail”lə oyunda da gətirərək mərhələ adlamaq istəyirik. Həm ölkə çempionatında, həm də kubokda mübarizə aparmaq bizim üçün çətin deyil. Bu belə də olmalıdır. “Qəbələ” hər iki cəbhədə uğurlu nəticə üçün oynayır. İndi əsas olan “Səbail”i keçməkdir. Sonra isə oyunlar çoxdur”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi