Nazim Süleymanov: «Hələ heç nə bitməyib»

XƏBƏR 10 Aprel 2010 / 20:46 1795
-  A +

"Çox maraqlı oyun alındı. Komandamın səhvləri çox oldu və bu səhvlər nəticəsində qapımızda iki qol gördük. Heyətə düşə bilməyən oyunçulardan istifadə etdim ki, oyunlarını görə bilim və özlərini göstərmək üçün şans qazansınlar. Qol epizodlarımız olsa da, bunlardan istifadə edə bilmədik. Yalnız bir qol vura bildik. "Muğan" komandasını təbrik edirəm. Hər şey bununla bitmir, hələ irəlidə oyunlarımız var".
Qol.Az-ın məlumatına görə, bu sözləri «Muğan»la oyundan sonra «Olimpik-Şüvəlan» klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən «Muğan» - «Olimpik-Şüvəlan» oyunu 2:1 hesabı ilə başa çatıb.


 


Son xəbərlər