“Qarabağ” “Atletiko” ilə heç-heçə edə bilər” – Novruz Əzimov

“Qarabağ” “Atletiko” ilə heç-heçə edə bilər” –  Novruz Əzimov
GÜNDƏM 16 Oktyabr 2017 / 15:40 4965
-  A +

“Atletiko” atletik futbol sərgiləyir. Düşünürəm ki, “Qarabağ” düzgün taktika seçməklə yaxşı nəticə qazana bilər”.

Bu sözləri Qol.az saytına açıqlamasında hazırda “Neftçi"də köməkçi məşqçi kimi çalışan Novruz Əzimov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Atletiko” oyunu haqda danışarkən deyib. 2013-cü ildə “Bakı”nı Madrid klubu ilə yoldaşlıq oyununa çıxaran mütəxəssis hazırkı “Atletiko”nun daha güclü olduğunu söyləyib:

“Atletiko” daim inkişaf edən komandadır. Düşünürəm ki, hazırkı kollektiv daha güclüdür. Düzdür, bu komandanın Bakıya ilk gəlişində heyətdə kifayət qədər tanınmış ulduzlar var idi: Radamel Falkao, Dieqo Kosta. Bunlardan başqa, Arda Turanın da yaxşı vaxtları idi. Amma “Atletiko” elə bir komandadır ki, ora kimi qoysan oynayır”.

Sonda isə Əzimov oyunla bağlı proqnozunu açıqlayıb: “Düşünürəm ki, “Qarabağ” heç-heçəyə nail ola bilər. Qələbə isə çox çətin görünür. Çünki “Atletiko” elə-belə komanda deyil”.

Daha çox


Son xəbərlər