“Qarabağ”a qalib gəlib, qrupa düşəcəklər” – danimarkalı məşqçi

“Qarabağ”a qalib gəlib, qrupa düşəcəklər” – danimarkalı məşqçi
GÜNDƏM 20 Avqust 2017 / 15:10 7962
-  A +

Danimarkanın “Senderyuske” komandasının baş məşqçisi Klaus Nurqaard “Kopenhagen”in Çempionlar Liqasının pley-off mərhələsindəki  şansını yüksək dəyərləndirib.

Qol.az-ın Danimarka mətbuatına istinadən yaydığı xəbərə görə, o, dünən superliqada “Kopenhagen”ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra rəqibləri barədə müsbət fikirlər səsləndirib.

“Kopenhagen” bu mövsüm yaralı kimidir. Amma bizimlə oyunda yaxşı təsir bağışladılar. Hətta matçın gedişatında mənə elə gəldi ki, onlar ötən mövsüm gördüyümüz həmin “Kopenhagen”dir”.

Avqustun 23-də keçiriləcək Çempionlar Liqasının təkrar pley-off matçı haqda da danışan Klaus Nurqaard bildirib: “Mən “Kopenhagen”dən narahat deyiləm. Onların yaxşı fərdi oyun bacarığına malik futbolçuları var. Böyük ehtimalla üçüncü günü keçiriləcək matçda “Kopenhagen” qalib gəlib qrupa düşəcəklər”.

Xatıradaq ki, “Qarabağ” “Kopenhagen”lə Bakıda keçirdiyi matçda 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi