"Tarix yazmaq üçün vacib addımı atdıq" - Almeyda

"Tarix yazmaq üçün vacib addımı atdıq" -  Almeyda
GÜNDƏM 15 Avqust 2017 / 23:40 5706
-  A +

“Qarabağ”ın futbolçusu Riçard Almeydan Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”ə qalib gəldikləri oyundan (1:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi birifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə oyun haqda fikirlərini bilmək istərdik.

- Qarşıda hələ 90 dəqiqə də var. Bu səbəbdən arxayınlaşmaq olmaz. "Kopenhagen" çətin komandadır. Tarix yazmaq üçün vacib addımı atdıq. Amma işimizi bitirməmişik.
 
- Danimarkada “Qarabağ” nədən ehtiyatlanmadlıdır? Bu gün rəqibdən aşkar üstün idiniz.

- Bizim rəqibdən aşkar üstün olduğumuzu demək çətindir. Hər iki komandanın fərqli oyun tərzi var. Bizim də oyun stilimiz belədir. Deməzdim ki, aşkar üstün komandayıq. Bu, Çempionlar Liqasıdır. Burada zəif komanda yoxdu.
 
- Premyer Liqa oyunlarında emosional olsan da, avrokuboklarda fərqlisən.

- Siz belə düşünürsünüz? Mənim oyunlarımı diqqətlə izləməyi tövsiyə edirəm.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi