Əfran İsmayılov və Rauf Əliyev «İnter»lə oyunda meydana çıxa bilər

XƏBƏR 26 Mart 2010 / 12:43 1828
-  A +

Premyer Liqanın final mərhələsinin üçüncü turunda «İnter»lə qarşılaşacaq «Qarabağ» oyunu keçiriləcəyi Ağdamın Quzanlı qəsəbəsinə yola düşüb. Qol.Az-ın  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən Bakıda baş tutan yeganə çalışmadan sonra paytaxtı tərk edərək Quzanlıya yollanan «Qarabağ» bu gün günorta saatlarında oyunun keçiriləcəyi Quzanlı Olimpiya Kompleksində sonuncu məşqinə çıxacaq. Komandanın «Qəbələ» ilə sonuncu oyununda zədə üzündən meydana çıxa bilməyən  Əfran İsmayılov və Rauf Əliyev də «Qarabağ»ın sıralarındadır. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə hər iki futbolçu meydana çıxa biləcək.

Son xəbərlər