"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi
- Bu gün Polşa "Yagelloniya"sına qarşı keçirəcəyiniz Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan nə gözləyirsiniz?
- Qarşıdakı oyunda komandamızdan uğur gözləyirik. Düzdür, təlim-məşq toplanışı çərçivəsində keçirilmiş yoxlama matçlarında "Qəbələ" məni qane etmədi, futbolçular tam hazırlıqlı görünmürdülər. Amma hazırlıq görüşü ilə Avropa Liqası, rəsmi oyunlar fərqlidir. Ona görə də ümid edirəm ki, bugünkü oyunda komandamız lazımi uğuru qazanacaq.
- Azərbaycan təmsilçilərindən 3-ü avrokuboklara qələbələrlə başlayıb. Bu, "Qəbələ" üzərində təzyiq yaratmır?
- Xeyr. Biz elə şeyə baxmırıq. Şüarımız dəyişmir: Gücümüz, nəyə, hara kimi çatırsa, ondan maksimum yararlanmağa çalışırıq.
- Ardıcıl iki mövsüm "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə düşüb. Bu dəfə isə azarkeşlər komandadan daha artığını gözləyirlər. Hazırkı heyət bunu bacaracaq gücdədir?
- Məsələyə tam fərqli yöndən yanaşmaq lazımdır. Çünki keçənilki heyət də yeni idi, indiki də. Artıq təzə gələn oyunçulardan, uyğunlaşmadan çox şey asılı olacaq. Ona görə də dəqiq bir şey demək olmur. Heyətə gəldikdə, yenilər gedənlərdən zəif deyillər.
- Rəqib barədə nə deyə bilərsiniz?
- "Yagelloniya"nı incələmişik, məşqçilər heyətimizlə söhbətimiz olub. Rəqib fiziki futbola üstünlük verən komandadır. Nəzərə alsaq ki, Polşa təmsilçisi Avroliqanın I təsnifat mərhələsində də çıxış edib, yeni futbolçuları yoxdur, uyğunlaşma dövrü keçmirlər, bizdən daha hazırlıqlı olduqlarını demək olar.
- Roman Qriqorçuk yeni transferlərin istəyilə növbəti mövsüm komandanın daha çox Bakıda qalacağını bildirdi. Bu məsələ necə həll olunacaq?
- Baş məşqçi onu nəzərdə tutur ki, "Kəpəz" və "Qəbələ"dən başqa bütün komandalar Bakıda və Abşeron yarımadasında məskunlaşıblar. Oyunların çoxu burada olacağından, məşqləri də Bakıda keçirmək fikrimiz var ki, futbolçular darıxmasınlar.
- Yəni, "Qəbələ" də "Kəpəz" kimi oyundan-oyuna təmsil etdiyi şəhərə yollanacaq?
- Xeyr. Ardıcıl 2 oyunumuz Bakıda olarsa, bunlar arasındakı hazırlıq dövrünü paytaxtda qalmaqla keçirəcəyik. Oyunumuz Qəbələdə olarsa, təmsil etdiyimiz rayonda hazırlaşacağıq.
Mənbə: report.az
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video