Dəniz Yılmaz meydandan qovuldu

Dəniz Yılmaz meydandan qovuldu
GÜNDƏM 17 Fevral 2017 / 21:58 3015
-  A +

Millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 21-ci turda səfərdə "Kayserispor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Kayserispor" - "Bursaspor" - 2:0
Qollar: Velliton
, 49, Rajko Rotman, 79

D.Yılmaz start heyətdə meydana daxil olub. 20-ci dəqiqədə birbaşa qırmzı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, "Bursaspor" 21 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi