Eden Hazard "Çelsi"dən gedir

Eden Hazard "Çelsi"dən gedir
XƏBƏR 1 Fevral 2016 / 18:56 10604
-  A +

"Çelsi"nin hücumçusu Eden Hazard mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə London təmsilçisinin baş məşqçisi Qus Hiddink məlumat verib:

"Hazard komanda üçün çox önəmli futbolçudur. Ancaq təəssüf ki, onun yayda getmək ehtimalı böyükdür. Mən Hazardın daha uzun müddət komandada qalmasını məsləhət görə bilərəm. Lakin onun gələcək taleyi ilə bağlı mən yox, klub qərar verəcək".

Qeyd edək ki, 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyan Hazardın mövsümün sonunda Madrid "Real"ına transfer olunacağı gözlənilir.

Daha çox


Son xəbərlər