"Sivasspor"dan qələbə

"Sivasspor"dan qələbə
XƏBƏR 17 Oktyabr 2020 / 20:02 1986
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sivasspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Sivas təmsilçisi Kayseridə yerli “Kayserispor”un qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.

"Kayserispor" - "Sivasspor" - 1:3
Qollar:
Erdal, 29 (0:1), Kanqa, 52 (1:1), Yatabare, 61 (1:2), Fayr, 83 (1:3)

Bu qələbə ilə xalını 7-yə çatdıran (4 oyun) Rıza Çalımbayın baş məşqçisi olduğu komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Alanyaspor" 10 xalla 1-ci, "Fənərbaxça" 8 xalla 2-ci, "Karagümrük" 7 xalla 3-cüdür.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasındakı oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"