Azərbaycan milli komandasının üzvü, Rusiyanın “Anji” klubuna yenicə transfer olunan Mahir Şükürov bu gün Extratime.Az saytına verdiyi müsahibədə bir daha millidə çıxış etmək istəmədiyini bildirib. Lakin üstündən bir neçə saat keçdikdən sonra AFFA-nın rəsmi internet saytında sözügedən xəbərlə bağlı başqa bir informasiya yerləşdirildi. AFFA-nın rəsmi internet saytının yaydığı məlumatda bildirilirdi ki, futbolçunun fikirləri təhrif olunub və o millidəki çıxışını davam etdirmək fikrindədir.
Məsələni dəqiqləşdirmək üçün Mahir Şükürovun sözügedən müsahibəsinin müəllifi, Extratime.Az saytı və “Exo” qəzetinin əməkdaşı Rüstəm Piriyevlə əlaqə saxladıq. R.Piriyev məsələyə belə aydınlıq gətirdi: “Dünən mən Mahirlə əlaqə saxlayaraq, milli komandayla bağlı ondan müsahibə almaq istədiyimi bildirdim. Söhbətin əsnasında Mahir özü bildirdi ki, daha milli komandada çıxış etmək istəmir. Səbəbini soruşduqda isə dedi ki, ilin sonunda AFFA milli komandanın ən yaxşı futbolçusunu seçərkən diqqətdən kənarda qaldığı üçün inciyib. Həmin tədbirdə millimin ən yaxşı futbolçusu seçilən Vaqif Cavadova qarşı hər hansı bir narazılığı olmadığını deyən Şükürov heç olmasa AFFA rəsmilərindən quru təşəkkür gözlədiyini söylədi. Amma bu da baş vermədiyindən millidən imtina etmək qərarına gəlib. Hətta dedi ki, 2009-cu ildə millidə ən çox oyun keçirən futbolçudur. Mən isə cavabında Mahirə dedim ki, fikrində qətisən? Bu sözləri yazsaq, sonradan başın ağraya bilər, problemlə qarşılaşa bilərsən. Hətta ona Rəşad Sadıqovdan da misal gətirdim. Dedim ki, həmin vaxt Rəşad “Kayserispor”dan qayıdarkən AFFA-nın ovaxtkı prezidenti Ramiz Mirzəyev onun oynamağına icazə vermədi və nəticədə Rəşad basketbol oynamağa başladı. Eyni hal sənin də başına gələ bilər. Buna görə istəyirsənsə, bir qədər fikirləş. Mahir isə fikrində qəti olduğunu və sözündən geri çəkilməyəcəyini dedi. Sonda dedim ki, müsahibəni səhər yazacağam. Əgər fikrini dəyişsən, mənə xəbər elə. O isə növbəti dəfə fikrində qəti olduğunu bildirdi. Müsahibəni sayta yerləşdirdikdən sonra AFFA rəsmiləriylə əlaqə saxladım. Elxan Məmmədov əvvəlcə Mahirlə əlaqə saxladıqlarını və onun belə söz demədiyini söylədi. Daha sonra bildirdi ki, bu cür məsələlərdən yazmaqdansa, əl-ələ verib Azərbaycan futbolunun inkişafına çalışaq. Sonra da bildirdi ki, Mahir hətta bu sözü desə də, hirsli olub. Siz gərək yazmayaydınız. Bu sözləri başa düşmədim. Belə çıxır ki, biz kimdənsə müsahibə alanda gərək əvvəlcədən zəng vurub deyək ki, filan oyunçu belə söz deyib, bunu yazaq, yoxsa yazmayaq? Sonra yenidən Mahirlə əlaqə saxladıq. O isə bildirdi ki, bu sözləri deyəndə əsəbi olub. Dediklərini başqa cür də yazmaq olardı. Bir sözlə, bizi çətin vəziyyətdə qoydu. Əslində buna çətin vəziyyətdə qoyduğunu da demək olmaz. Çünki bizim əlimizdə sübut var. Fevralda millimizin təlim-məşq toplanışı başlayır. O zaman bilinəcək ki, Mahir sözünün üstündə duracaq ya yox. Ayın 11-də Mahir Bakıya gələcək. O zaman yəqin ki, mən, Mahir və Elxan müəllim birlikdə bu məsələni müzakirə edəcəyik. Görək onda Mahir necə sözündən dönəcək? Bizim əlimizdə fakt var və istənilən vaxt Mahirin həmin sözləri dediyini sübuta yetirə bilərik”.
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər