“Xəzər Lənkəran” klubunun türkiyəli müdafiəçisi Devran Ayxanın Qol.Az saytına müsahibəsi
- İki gün öncə “Avro-2012”nin püşkatması keçirildi. Azərbaycan və Türkiyə milliləri eyni qrupda yer aldı. Sən artıq bir neçə müddətdir ölkəmizdə çıxış edirsən. Azərbaycan futboluna bələd bir adamsan. Püşkü necə dəyərləndirirsən?
- Mən Azərbaycanda özümü heç vaxt yabancı kimi hiss etməmişəm. Nəticədə eyni millətik. Azərbaycanla Türkiyə arasındakı oyunları zövqlə izləyəcəyəm. Əlbəttə, Azərbaycan futbolunun zamanla daha irəli gedəcəyinə inanıram. Amma bu qrupda Türkiyənin daha güclü olduğunu düşünürəm. Hərçənd kim qələbə qazansa, istənilən halda şad olacağam.
- Qrupumuzun favoritləri olaraq kimləri görürsən?
- Öz millətim olduğu üçün demirəm, amma Türkiyəni favorit görürəm. Almaniya da çox güclüdür.
- Səncə, Azərbaycan milli komandasının bu qrupda hansı pillələr uğrunda mübarzə aparması realdır?
- Mən keçən il “Xəzər Lənkəran”a transfer oldum. Bu il artıq Azərbaycanda ikinci ilimdir. Bu il çempionat keçən illərlə müqayisədə daha da güclüdür. Təbii ki, bir qədər zamana ehtiyac var. Ölkənizdə gördüyüm tək əksiklik yaxşı stadionların olmamasıdır. Yaxşı stadionlar tikiləcəyi halda futbolunuz daha sürətlə inkişaf edəcək. Bu cür meydanlarda futbol oynamaq çox çətindir. Məhz meydançaların vəziyyətinin pis olması ücbatından milli komandalara yaxşı gənc futbolçular yetişmir.
- Türkiyə və Azərbaycan arasında oynanılacaq matça proqnozun necədir?
- Mən hansısa komandanın Azərbaycanı öz meydanında asanlıqla məğlub edəcəyinə inanmıram. Həmçinin də Türkiyənin.
- Azərbaycan futbolunun indiki vəziyyətini Türkiyə futbolunun 20 il əvvəlki durumu ilə müqayisə edirlər. Səncə, Azərbaycan futbolunun Türkiyə səviyyəsinə çatması üçün nə qədər zaman lazımdır?
- Biraz öncə də qeyd etdiyim kimi, futbolda uğurlar qazana bilməyiniz üçün əsas yaxşı stadionların tikilməsidir. Siz Azərbaycana istədiyiniz qədər səviyyəli legioner gətirə bilərsəniz. Amma əgər stadionlar pis gündədirsə, həmin futbolçu öz oyununu göstərə bilməyəcək. Mən klubların aşağı yaş qruplarının oyunlarını izləyirəm. Çox pis meydanlarda futbol oynayırlar. Həmin meydançalarda yaxşı futboçu yetişdirmək mümkün deyil. Nə zaman ki, stadionlar tikiləcək, o zaman da Azərbaycan futbolu daha da irəliyə gedəcək.
- Çempionluq yolunda özünüzə ən çətin rəqib kimi görürsən?
- “İnter” və “Qarabağ” bu il daha güclüdür. Bu komandalar çempionluq yolunda bizi çətin vəziyyətə sala bilərlər. Təbii ki, “Bakı” və “Neftçi”ni də yaddan çıxarmaq olmaz. Amma fikrimcə, əsas rəqiblərimiz “İnter” və “Qarabağ”dır.
- Azərbaycan klublarında bir çox türk futbolçu çıxış edir. Həmin futbolçulardan hansı ilə tez-tez ünsiyyətdə olursan?
- “Bakı”nın yeni transferi Gürşad Duymuş mənim 4-5 illik komanda yoldaşımdır. Həm “Rizəspor”, həm də “Ankaraspor”da bir yerdə çıxış etmişik. Gürşad həddindən artıq səviyyəli futbolçudur. Onun kimi oyunçuların Azərbaycana gəlməsi futbolunuzun səviyyəsini daha da yüksəldəcək.
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər