PFL-dən yeni layihə: ayın qolu seçilir - Video

PFL-dən yeni layihə: ayın qolu seçilir - Video
XƏBƏR 9 Oktyabr 2016 / 16:23 3137
-  A +

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

Qol.az xəbər verir ki, PFL bu dəfə I Divizionda ayın ən yaxşı qolu müəyyənləşdirəcək.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar. 

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar.
Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək. 

Səsvermənin nəticəsinə  görə 1-ci yeri tutmuş futbolçu Bakı klublarından birinin üzvü olsa belə, ona mükafat bölgədə keçirilən görüşdən öncə təqdim ediləcək. Bu addım jurnalistlərin I Divizionda baş tutacaq bölgə oyunlarına səfərini təşkil etmək və yarışların daha da işıqlandırılması baxımından atılıb.

Qeyd edək ki, sorğu 17 oktyabradək qüvvədə olacaq.




Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner