AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2018-in seçmə mərhələsində Norveçə qarşı keçirilən oyundan sonra müsahibə verib
- Milli komandamız Norveç üzərində minimal hesablı qələbə qazandı. Qarşılaşma barədə nə deyə bilərsiz?
- Əsas odur ki, 3 xal qazandıq. Məqsədimiz Norveçlə oyundan xal götürmək idi. Komanda əzmkarlıq, cəsarət göstərdi. Yaxşı oyun nümayiş etdirdik. Baş məşqçi futbolçular qarşısında tapşırıq qoymuşdu ki, erkən qol vuraq. Buna da nail oduq. Qələbə münasibəti ilə hər kəsi təbrik edirəm
- Yığmaya dəstək olan azarkeşlər razı qaldınız?
- Təbii ki, azarkeşlərdən razı qaldıq. İlk dəqiqədən sona kimi fanatlar yığmaya dəstək oldular. Buna görə stadiona gələn hər bir azarkeşə xüsusi təşəkkür edirəm. Komandanı dəstəkləmək çox vacib amildir. 12-ci oyunçu öz işini lazımınca gördü. Bakıdakı növbəti oyunlarda daha çox azarkeş gözləyirik.
- Bu qələbəyə görə yığmaya veriləcək mükafatın məbləğini açıqlaya bilərsiniz?
- Oyundan sonra mükafatla bağlı müzakirə aparılmadı. Təbii ki, Norveç üzərindəki qələbəyə görə komandaya mükafat veriləcək. Milliyə gələn futbolçu mükafatı düşünmür. Yığmanın formasını geymək onun üçün fəxrdi. Sevindiciri haldır ki, hər kəs millinin adını layiqincə təmsil etmək üçün ürəyini meydanda qoyur.
- 2 oyundan sonra 6 xalımız var...
- Əla nəticədir. 2 oyunda 6 xal qazanmışıq və bu, çox yaxşıdır. İnanıram ki, xalların ardı gələcək.
- Çexiya millisinin baş məşqçisi bir neçə gün əvvəl deyib ki, “Almaniyanı udmaq hər nə qədər çətindirsə, Azərbaycanı məğlub etmək bir o qədər asandır”. Bu açıqlama futbolçularımızın ardıcıl üçüncü qələbəsini qazanmağa nə dərəcədə kömək edəcək?
- İnanıram ki, bu açıqlama futbolçularımızda qıcıq yaradıb. İndi əsas olan emosiyaları unudub, növbəti oyuna hazırlaşmaqdır. Vaxtımız çox azdır. Bərpa dövrünü nəzərə almasaq, 2 görüş arasında cəmi 48 saat fərq var.
- U-21 millimiz seçmə mərhələnin son oyununda Finlandiya səfərindən xalla qayıtdı. Gənclər yığmamız 14 ildən sonra 9 xallıq rekordunu təkrarladı. Bu nəticə Yaşar Vahabzadənin vəzifəsində qalması üçün bəs edəcək?
- Yaşar Vahabzadə təcrübəli məşqçidir. Daha əvvəl də U-21-də köməkçi məşqçi kimi çalışıb. Bu mərhələn isə baş məşqçi vəzifəsini tutur. O, gənclər millisini çalışdırmağa layiqdir. Rekord xalın qazanıldığını nəzərə alaraq, Yaşar Vahabzadənin vəzifəsini davam etdirəcəyini söyləmək olar.
- Bu barədə yekun qərar nə vaxt açıqlanacaq?
- Bu məsələ ilə bağlı yekun qərarı İcraiyyə Komitəsi qəbul edəcək. Mən təkbaşına bu barədə nəsə deyə bilmərəm. İlin sonuna kimi İcraiyyə Komitəsi yekun qərarını açıqlayacaq.
Mənbə: futbolxeber.az
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”