İtaliya millisinin qapıçısı Canluici Buffon sabah DÇ-2018-in seçmə mərhələsində İspaniyaya qarşı keçirəcəkləri oyundan danışıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, “Skuadra Adzurra”nın kapitanı rəqibin meydana revanş üçün çıxacağını bildirib:
“Fransada keçirilən Avropa çempionatında biz ispanlara qarşı əla oyun sərgilədik. Sabah da həmin nəticəni təkrarlamağa çalışacağıq.
İspaniya yığması son məğlubiyyəti yaxşı xatırlayır. Bəlkə də həmin yenilginin əvəzini çıxmağa çalışacaqlar. Baxmayaraq ki, qitə birinciliyindən sonra bizim kimi İspaniya millisində də baş məşqçi dəyişikliyi olub.
İstənilən halda, bizi qarşıda çox gərgin 90 dəqiqə gözləyir. Bəlkə də bu, qrup birinciliyi baxımından həlledici görüş olacaq”.
Xatırladaq ki, sabah Turində keçiriləcək İtaliya - İspaniya görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...