“Kəpəz” sabah məşqləri bərpa edəcək

“Kəpəz” sabah məşqləri bərpa edəcək
XƏBƏR 6 Oktyabr 2016 / 00:00 1374
-  A +

Topaz Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri sabah bir araya gələcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda məşqləri Bakıda bərpa edəcək. “Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək.

Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.  

Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner