Norveç millisi Bakıya ciddi itki ilə gəlir

Norveç millisi Bakıya ciddi itki ilə gəlir
XƏBƏR 5 Oktyabr 2016 / 14:12 4207
-  A +

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Norveç yığması ciddi itki ilə üzləşib.

Qol.az-ın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Hovard Nordtveyt zədələnib.

Onun millimizlə oyunu buraxacağı dəqiqləşib. “Vest Hem”in müdafiəçisinin əvəzinə yığmaya Ruben Qabrielsen çağırılıb. 

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq.

Qarabağ FK
Son xəbərlər
topaz banner