"Oyunların təxirə salınması təkcə “Neftçi”yə yox, bütün klublara mənfi təsir göstərəcək. Qar hətta ərisə belə, meydançaların vəziyyəti çox pis halda olacaq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Klub rəsmisi bildirib ki, bu halda komandaların əzmkarlığı başlıca rol oynayacaq: “Ot örtüyü ideal səviyyədə olmayan meydançada oynayarkən isə futbolçuların zədə almaq ehtimalı artır. Hər bir klubumuz bir-iki nəfəri çıxmaq şərtiylə demək olar ki, hər oyunu eyni heyətlə keçirir. Buna görə də futbolçuların zədə almaq ehtimalı, vərəqələrin sayının çoxalması komandalara problem yarada bilər. Bu halda komandaların fiziki hazırlığı deyil, əzmkarlığı başlıca rol oynayacaq. Qış fasiləsində təkcə “Neftçi”nin deyil, digər klubların rəhbərləri də komandalarının yaxşı hazırlıq keçməsi üçün hər bir şərait yaratmışdı. Bu hazırlıq proseslərinin komandalara faydalı olacağına inanıram”.
Tahir Süleymanovun fikrincə, çempionatın əsas mərhələsi başa çatdıqdan sonra, “altılığ” uğrunda mübarizənin ilk turundan öncə milli komandanın təlim-məşq toplanışının olması klublara elə də ciddi problem yaratmayacaq: “Hər bir klubun əsas vəzifəsi milli komandaya faydalı olmaq, daha çox sayda futbolçu verməkdir. Biz onsuz da demək olar ki, elə millinin uğuru üçün çalışırıq. Bu səbəbdən də futbolçuların millinin düşərgəsinə yollanmasında ciddi problem görmürəm”.
Klub rəsmisi komandanın yeni transferi Sergey Alekseyevin məsələsinə belə aydınlıq gətirdi: “Hazırda Alekseyevin meneceriylə problemi var. Amma futbolçunun bizimlə müqaviləsi var. Onun transfer hüququ bizə məxsusdur. Əgər meneceriylə problemini yoluna qoya bilsə, günü sabah “Neftçi”nin məşqlərinə qatıla bilər”.
Sonda Tahir Süleymanov son vaxtlar komandaya qarşı yönələn təzyiqlərdən də danışıb: “Bugünkü gündə bizim “Neftçi” üçün gördüyümüz işlər bəzi insanların xoşuna gəlmir. Həmin insanlar son illər ərzində Azərbaycan klublarına ziyan verməklə məşquldurlar. Biz onların istəyinin əksinə olaraq heç vaxt qiyməti 50,100 min olan futbolçuya 400, 500 min pul vermərik. Buna görə bəziləri “Neftçi”yə qara yaxmağa çalışır. Siz özünüz də bilirsiniz ki, biz heç vaxt hər hansı futbolçumuzun mətbuatla ünsiyyət qurmasına mane olmamışıq. Amma bəziləri bilmədikləri şeyləri yazılırlar. Danışanda peşəkarlıqdan danışırlar, amma xəbərləri yoxdur ki, biz rəsmi sənədlərə əsasən danışırıq. Hər bir futbolçunun “Neftçi” klubu ilə imzaladığı müqavilədə göstərilir ki, həmin oyunçunun ictimaiyyətlə, mətbuatla əlaqəsinə rəhbərlik icazə verməlidir”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı