Premyer liqanın oyunları təxirə salınır

Premyer liqanın oyunları təxirə salınır
ÖLKƏ FUTBOLU 5 Fevral 2010 / 11:03 2512
-  A +

Dünün gecədən Azərbaycana güclü qar yağması səbəbindən Unibank premyer liqasının bu həftənin bazar gününə nəzərdə tutulan 19-cu turun bütün oyunları çox güman ki, təxirə salınacaq. Bu haqda Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə müraciət etdiklərini və sabah üçün də Azərbaycana güclü qar yağacağı cavabını aldıqlarını söyləyib: «Bu səbəbdən oyunların keçirilməsi mümkün deyil».


 

Daha çox


Son xəbərlər