“Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz «Neftçi» ilə bu həftənin bazar günü keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində Bülənt Qorxmaz oyuna yalnız qələbə üçün çıxacaqlarını söyləyib: «Altılığa» düşmək istəyiriksə, bütün oyunları udmalıyıq. Təbii, oyunun çətin keçəcəyini bilirik. Amma bütün hallarda qələbə qazanmalıyıq».
Bülənt Qorxmaz «Bakı»nı qəbul etdikdən sonra «Neftçi» ilə bir dəfə qarşılaşdığını xatırladıb: «O vaxt komandanı yeni qəbul etmişdim. İlk oyunda «Neftçi»yə uduzmuşduq. «Neftçi» yaxşı komandadır. Qış fasiləsində heyətlərinə dörd yeni oyunçu cəlb ediblər. «Neftçi»nin bizimlə oyuna qələbə üçün çıxacağını bilirəm. Çünki onlar da “altılığ”a düşmək istəyir».
Bülənt Qorxmaz artıq «Birlik kuboku»nu unutduqlarını və yalnız çempionatı düşündüklərini deyib: «Biz peşəkar insanlarıq. Moskvada bu uğursuzluğu yaşadıq, ondan nəticə çıxardıq. Bundan sonra bir daha belə uğursuzluq olmayacaq!. «Birlik kuboku»ndakı belə zəif çıxış bizə yaxşı dərs oldu».
Bülənt Qorxmaz «Bakı»nın əsas qapıçısı olmuş Xalidu Sissokonun ehtiyatda saxlamasına da münasibət bildirib: «Neftçi» ilə oyundan əvvəl kimin qapını qoruyacağını indidən demərəm. Azərbaycanlı azarkeşlərin Sissokonu sevmələri çox gözəldi. Deməli, o, Azərbaycan futbolunda çox gözəl işlər görüb. Hər peşəkar oyunçu kimi o da çalışır. Vaxtı gələndə Sissoko da oynayacaq».
Türkiyəli mütəxəssisin “transfer pəncərəsi”nin son günü heyətə qatdıqları Keniya millisinin futbolçusu Alan Vanqa haqda fikirləri isə belə olub: «İndidən bir şey söyləməyə gərək yoxdu. Hələlik məşqlərə qatılır. Bu oyunçunu yoxlayırıq».
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov