«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov komandanın bugünkü məşqindən sonra Qol.Az-ın suallarını cavablandırıb
- Qurban müəllim, ilk əvvəl ondan başlayaq ki, bugünkü məşqdə futbolçularınızın hamısı niyə iştirak etmirdi?
- Bildiyiniz kimi, dünən «Neftçi» ilə çətin oyun keçirdik. Bu səbəbdən bu gün əsas heyətin bəzi oyunçuları yüngül məşqlər edirlər. Dünən «Neftçi»yə qarşı oynamayan futbolçular isə Suraxanı stadionunda məşq keçiblər.
- Qış fasiləsindən qayıtdıqdan sonra ilk oyununuzu heç-heçə başa vurdunuz. Komandanızın “Neftçi»yə qarşı oyunundan razı qaldınız?
- Bu oyunda əsas futbolçularımızın bəzi problemləri vardı. Məsələn, hücumçumuz Vüqar Nadirov təzə əməliyyat olunub, hələ də ayağında ağrılar hiss edir. Maksim Medvedyevin də zədəsi var. Amma dünənki oyunda futbolçularımdan razı qaldım. Onlar əllərindən gələni etdilər.
- “Qarabağ»ı qarşıda son turda «Simurq»a qalib gələn «Karvan»la çətin oyun gözləyir. Bu oyun ərəfəsində komandanızda nə kimi problemlər var?
- Dediyim kimi, əsas problem aparıcı futbolçuların zədəsi ilə bağlıdır. Rəşad Sadiqov 2008-ci ildə «Neftçi»nin heyətində Rumıniyanın «Vasluy» komandası ilə oyunda aldığı zədənin ağrılarını hələ də hiss edir. Vüqar Nadirovu əməliyyatdan yeni çıxdığını bayaq qeyd etdim. Medvedyev və yeni transferimiz Adamiyanın da zədəsi var. Bununla belə, biz vahid bir komandayıq. Bu mənada, «Karvan»la oyuna necə lazımdırsa elə hazırlaşacağıq ki, çıxıb qələbə qazanaq.
- Vaqif Cavadovun komandanı tərk etməsi “Qarabağ”ın dünənki oyununa nə dərəcədə təsir etdi?
- Vaqifin yoxluğu böyük mənada hiss olunmadı. Amma onu qeyd edim ki, «Qarabağ»ın futbolçuları oyunçularını əsasən Vaqifin üzərində qururdular. Vaqif indi «Tvente»dədi. Bizdə hər şey öz axarıyla gedir. Vaqifin Hollandiya kimi bir futbol ölkəsinə getməsi məni çox sevindirdi. O, çox istedadlı oyunçudur.
- Quzanlı stadionunun ot örtüyü bərbad vəziyyətdədir. Yəqin ki, bu, futbolçularınızın oyununa ciddi təsir edir.
- Əlbəttə. Quzanlı stadionunun təmirə ehtiyacı var. Amma bütün hallarda biz bu meydançada oynayırıq. Orada uda da, uduza da bilərik. Ümüd edirəm ki, «Karvan»la görüşdə də qələbə qazanacağıq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı