Vaqif yenə debüt edə bilmədi, "Tvente" qələbə qazandı

ÖLKƏ FUTBOLU 4 Fevral 2010 / 00:55 2816
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Tvente” Hollandiya çempionatının növbəti turu çərçivəsində öz meydanında “Erakles Almelo”nu qəbul edib. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi Ruiz və Nkufonun vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb. Vaqif Cavadovun adı bu matçda ilk “18liy”ə salınmayıb. Xatırladaq ki, keçən tur “Roda”ya qarşı keçirilən matçda da Enshede klubunun baş məşqçisi Stiv Maklaren həmyerlimizin adını matçın protokoluna daxil etməmişdi. “Tvente”nin əsas rəqibi “PSV Eyndhoven” də öz meydanında “Utrext” üzərində qələbə qazanıb. 21 turdan sonra “Tvente” 55 xalla “PSV Eyndhoven”lə birgə birinci-ikinci yerləri bölüşür.

Daha çox


Son xəbərlər