"İlk oyun həmişə ağır olur. Bütün klublar qrup mərhələsinə yaxşı başlamaq istəyir. Son saniyələrdə qol vurmağımıza baxmayaraq futbolçulardan razı qaldım. Oyunçular sonadək mübarizə apardılar. Bu oyun bizim üçün böyük təcrübə oldu. Qol imkanlarımız çox idi. 2:1, 3:1 hesabı ilə öndə ola bilərdik, amma məğlub duruma düşdük. Yaxşı başladıq. Bu turnirdə hər bir xal çox önəmlidir. Sona kimi mübarizə aparacağıq, çətinlikdən qorxmuruq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Slovan"la oyundan (2:2) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Hakimin idarəçiliyindən razı qaldız? O, sanki rəqibin lehinə qərarlar verirdi.
- Məncə də hakimin yanlış qərarları var idi. Amma bu haqda dəqiq olaraq oyuna baxdıqdan sonra deyə bilərəm.
- Dani zəif təsir bağışladı...
-Son ötürmələrdə qeyri-dəqiqiliyi olurdu, amma ümumi Danidən razı qaldım. Növbəti oyunlarda daha yaxşı oynayacaq.
- Rəşad Sadıqov hər dəfə hücuma qoşulanda təhlükəli vəziyyətlər yaranır.Olmaz ki, tez-tez qoşulsun?
- Rəşad lazım olan anda hücuma qoşulur. Bunu hiss etmək lazımdır. Rəşadın təcrübəsi buna imkan verir. Amma müdafiəni də unutmaq olmaz. Siz dediyiniz qədər hücuma göndərməyəcəm.
- Reynaldonun Avroliqada cəmi 1 qolu var. Razılaşırsız ki, son 1 ildə əvvəlki Reynaldonu görmürük?
- Biz də ondan daha yaxşı oyun gözləyirik. Amma 6 aydan çox zədəli olub, sonra formasını bərpa edib. Ümumiyyətlə hücumçu qol vurmayanda mənfi cəhətləri çox görünür. Düşünürəm ki, Reynaldo bacardığını edir. Belə oyunlarda təhlükəli hücumçulara qarşı rəqib müdafiəçilər daha diqqətli oynayırlar. Hər məşqçi Reynaldoya qarşı yaxın oynamağı tapşırır.
- "Qarabağ” 3 dayaq yarımmüdafiəçi ilə oynayır. Bu da hücumda problemlər yaradır...
- Bu gün bu sistemi seçmişdim. Bu sistemlə uğur qazanırıq. Sizinlə bizim düşüncəmiz fərqlidir. Bu sistem tam oturub, biz bunu daha da yaxşılaşdırmaq istəyirik. Belə olduğu halda futbolçularımız hücumda daha rahat oynaya bilir.
- Stadionda azarkeş az idi. Səbəb yolun uzaqlığı idi?
-Biz oyunu gec saata salmaq istəyirdik. Bəlkə də tez olduğu üçün tribunada boş yerlər var idi.
- Futbolçuların oyundankənar vəziyyətə çox düşməsinin səbəbi nədir?
- Biz hücumda çox oynamaq istəyiriksə, ofsayd epizodlarımız çox olacaq. 3 oyuna 19 ofsayd vəziyyəti olub. Bu daha çox rəqibin düzgün müdafiə olunması ilə bağlıdır.
- Bədavi Hüseynovun durumu nə yerdədir? Elvin Yunuszadə onun yoxluğunu unutdura bilmir...
- Son 3-4 oyunda Elvin pis təsir bağışlamır. Elvin haqda elə düşüncə yaranıb ki, top onda olarkən hamı həyəcanlanır. Amma biz Elvinə inanırıq, oyunundan razıyam. Boyunun hündür olması da üstünlüyüdür. Ümumi götürəndə Elvindən razıyam, ansanblı pozmadı.
- Buraxılan qolda Miçelin səhvi var idi...
- Futbolçu səhv edəndə onu oyundan çıxarmaq, ona təzyiq göstərmək düzgün deyil. Miçel sistemimizə uyğun futbolçudur.
- Qrupdan çıxmaq şansları barədə nə deyə bilərsiz?
- Heç nə deyə bilmərəm. Əvvəlcədən proqnoz verə bilmərəm. Hər zaman yaxşı oyun göstərməli, nizam-intizamımızı qorumalıyıq.
- “Seltik” “Barselonaya” 0:7 hesabı ilə məğlub oldu. “Qarabağ” Çempionlar Liqasında oynasa idi, eyni aqibətlə üzləşə bilərdi?
- Biz Çempionlar Liqasına vəsiqə qazana bilmədik. Əgər orada olsaydıq, mübarizə aparardıq.
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq