Tanınmış hücumçu Kanada klubuna keçdi

Tanınmış hücumçu Kanada klubuna keçdi
DÜNYA FUTBOLU 11 Avqust 2026 / 11:00 457
-  A +

Tanınmış çilili futbolçu Aleksis Sançesin yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu “Monreal”la (Kanada) anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MLS təmsilçisinin hazırda azad agent olan təcrübəli forvardla 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, son klubu "Sevilya" olan Sançes daha əvvəl “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, “İnter” kimi komandalarda çıxış edib.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner