Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasını ölkə çempionu etmiş baş məşqçi Hüseynqulu Quliyevin müsahibəsi
- Siz cari mövsümdən "Qəbələ"də artıq U-19-un yox, əvəzedici heyətin baş məşqçisisiniz. Ancaq U-19 turnirdə Sizin rəhbərliyiniz altında çıxış edəcək. İlk növbədə, buna aydınlıq gətirərdiniz...
- Bu qərar onunla bağlı oldu ki, UEFA Gənclər Liqasında çıxış edəcək 1998-ci il təvəllüdlü qrup ötən mövsüm U-19-da çıxış edib. İndi həmin yaş qrupundakı bütün futbolçular əvəzedici heyətə gəliblər və bu komandada rəhbərliyim altında oynayırlar. Yəni onlar müxtəlif komandalar olsalar da, 2-ci ildir rəhbərliyim altındadırlar. UEFA Gənclər Liqasına əvəzedici komandada köməkçim olan Elmar Baxşıyevlə birgə hazırlaşacağıq.
- Bəs U-19-da sizin yerinizə baş məşqçi vəzifəsinə kimin gəldiyi bəllidir?
- Emin İmaməliyev həmin vəzifəyə təyin olunub. Bu, artıq rəsmiləşib. İmaməliyevin rəhbərlik etdiyi U-17 komandası isə Yaşar Abuzərova tapşırılıb.
- İndisə püşkün nəticəsi haqda fikirlərinizi bildirərdiniz...
- Rəqib Moskva "Dinamo"su tarixi olan böyük klubdur. Biz də çalışacağıq ki, layiqli mübarizə aparaq, "Qəbələ" klubunun, Azərbaycan futbolunun şərəfini lazımınca qoruyaq. Mən yalnız onu bilirəm ki, ad oyundan qabaqdır. 90 dəqiqədə isə komandadır. Hansı komandada qələbə istəyi böyük olursa, taktiki cəhətdən düzgün oynayırsa, verilən tapşırıqları doğru yerinə yetirirsə, o da qalib gəlir.
- Yəni, addan çəkinmək lazım deyil...
- Bəli, qətiyyən çəkinməməliyik. Mən futbolçulara deyirəm ki, rəqib Avropanın nəhəng komandası ilə də düşə bilərdi. Sadəcə, oyundan qabaq reytinq söhbəti var. Meydana girdisə, 90 dəqiqə ərzində hansı komanda əzmkar olsa, o da qalib gələcək.
- Bir sözlə, favorit oyuna qədərdir...
- Elədir. "Qəbələ" və "Qarabağ" bu sözləri Avropa Liqasında təsdiqləyir. Meydanda 90 dəqiqədə həlledici amil futbolçuların, baş məşqçinin işidir. Bu da göz qabağındadır ki, hər iki klubumuz Avropa Liqasında qrup mərhələsində iştirak edir. "Qarabağ" ardıcıl 3-cü, "Qəbələ" ardıcıl 2-ci il.
- Püşkdə hansı rəqibi gözləyir, hansını arzuolunmaz sayırdınız?
- Bilirdik ki, ilk rəqib postosovet məkanından düşə bilər. Bu da yaxın məsafə ilə bağlıdır. Gözləyirdik ki, MDB məkanından hər bir komanda düşsün. Elə oldu ki, Moskva "Dinamo"su düşdü. Normal bir şeydir.
- Hər halda, Rusiya futbolu bizə yaxşı tanışdır...
- Əlbəttə. Yaxşı olar. İnanıram ki, bu sınaqdan üzüağ çıxacağıq.
- Ev oyununun Qəbələdə keçirilməsi komandanıza əlavə üstünlük ola bilər...
- Təbii ki, doğma meydanda oynamaq yaxşıdır. Qəbələlilər bu matçı səbirsizlikə gözləyir. Hər zaman bizdən soruşurlar ki, nə naxt püşkatmadır, nə vaxt oynayırsınız? Mənə elə gəlir ki, azarkeş baxımından dəstək böyük olacaq. Bu da futbolçularımız üçün bir stimuldur. Sözsüz ki, oyunlara, tarixlərə, meydanlara uyğun olaraq hazırlıq proqramını quracağıq. Bu, elə-belə sınaq deyil. İlk növbədə, rəqibimizin hansı komanda olduğunu gözləyirdik. Bizə maraqlı idi ki, rəqib atletik, yoxsa texnikalı komanda olacaq. Bunun üzərində işləyəcəyik.
- Sizcə, ilk oyunun evdə keçirilməsi bu yaş qrupunda rol oynayırmı?
- Mən çox istərdim ki, ilk oyunu səfərdə keçirək. Ancaq qismət belədir ki, birinci matç evdədir.
- Rəqib haqda hansı ilkin məlumatlara maliksiniz?
- "Dinamo"nun bir-iki oyununa "YouTube" kanalından baxmışam. Bu, Türkiyədə keçirilən yoxlama oyunlarıdır. Ancaq bununla iş qurtarmır ki... Çempionat oyunlarına da baxacağıq. Vaxtımız var, hər şeyi nəzərdən keçirib, ümumi təhlil edib onu futbolçularımıza çatdıracağıq.
- Hər halda, "Dinamo"nun U-19 komandasının oyun üslubu haqda ilkin təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, indi total futbol oynayırlar. Bütün Avropa komandaları komanda şəklində həm müdafiə olunur, həm də hücum edirlər. Həm sürət, həm də texnika üzərində iş gedir. Qabaqkı kimi deyil ki, meydana çıxıb yalnız atletik, yaxud texnikalı oynayasan. İndi uzun ötürmələr, süıət, texnikanın hamısı var. "Dinamo" topla da oynamağı sevir. Ancaq bu, yoxlama matçı olduğundan qəti nəticə çıxartmaq olmaz. Çünki belə matçlarda meydana iki heyət çıxır. Baş məşqçi heyəti yoxlayır, komandanın hazırlığına baxır. Əsas çempionat matçıdır ki, orada heyətdə kimlərin oynadığını, hansı xətlərinin güclü olduğunu müəyyənləşdirəsən.
- İş elə gətirdi ki, Azərbaycan təmsilçiləri UEFA Gənclər Liqasında ardıcıl 2-ci ildir Moskva klubu ilə düşür. Keçən il çempion "Rəvan" "Spartak"a uduzdu. "Qəbələ" "Dinamo"nu məğlub edərsə, bu turnirdə mərhələ adlayan ilk təmsilçimiz kimi tarixə düşəcək. Bu isə komandanız üçün böyük stimul olmalıdır...
- Niyə də olmasın? Mən futbolçularına güvənirəm. Hər şey ola bilər. Hər şey istəkdən asılıdır. Bu turnir bizim futbolçular üçün çox önəmlidir ki, mərhələ keçsinlər və Avropaya yolları açılsın. Belə oyunların hər birinə menecerlər gəlirlər, izləyirlər. Biz də çox istəyirik ki, futbolçularımız Avropada oynasınlar və milli komandamıza dəstək olsunlar.
Mənbə: sportnet.az
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək