Vaqif Cavadov «Roda»ya qarşı niyə oynamayıb?

ÖLKƏ FUTBOLU 1 Fevral 2010 / 12:47 2766
-  A +

Milli komandamızın hucümçusu Vaqif Cavadov dünən Hollandiya çempionatının «Tvente» - «Roda» matçında ilk «18»liyə düşməməsini sakit qarşılayıb. Bu haqda Qol.Az-ın müxbirinə futbolçunun atası Füzuli Cavadov məlumat verib. Oyundan sonra ona Vaqifin zəng vurduğunu deyən F.Cavadov oğlunun adının “18-liy”ə salınmamasının onun özü üçün də təəccüblü olmadığını deyib: “Vaqif özü də mənə dedi ki, məşqçilər ona üzərinə birdən-birə ağır yük qoymaq istəmirlər. Stiv Maklaren Vaqifə bildirib ki, sən bizimlə birgə təlim-məşq toplanışında iştirak etməmisən. Bu səbəbdən, ilk zamanlar sənin üçün bir qədər çətin olacaq».

Daha çox


Son xəbərlər