Bu yaxınlarda Azərbaycan futbolunda daha bir yenilik başverdi. Belə ki, “Muğan”ın yarımmüdafiəçisi Narsis Yameoqo Afrika Millətlər Kubokunun iştirakçısı oldu. Burkino Faso millisinin üzvü Afrika kubokunun iştirakçısı kimi Azərbaycan futbolunun tarixinə düşdü. Lakin Narsissin komandası qrupda üçüncü pilləni tutaraq, kuboka vaxtından əvvəl “əlvida” dedi. Narsiss də artıq paytaxtdadır. Burkina fasolu futbolçu ilə görüşüb, həm Afrika Millətlər Kuboku, həm də Azərbaycan Premyer Liqası ilə bağlı suallarımızı verdik.
- Azərbaycana gəlməmişdən əvvəl ölkəmiz haqqında nə bilirdin?
- Bilirdim ki, o qədər də böyük olmayan bir dövlətdir. Hazırda “Bakı”nın qapısını qoruyan Xalidu Sissoko mənə Azərbaycan və onun futbolu, çempionatı barəsində çox məlumat verdi. Lakin mənə Azərbaycan çempionatının o qədər də çətin olmadığını söyləmişdilər. Artıq neçə aydır ki, buradayam və mənə deyilən fikirlərin əksini görürəm. çünki sizin çempionat çox səviyyəlidir.
- “Muğan”a hansı məqsədlər üçün gəlmişdin?
- Mənim bir agentim var idi. Sissokonun mənə danışdıqlarını ona bildirdim. O da Azərbaycanda klub tapdı. Portuqaliyadakı komandaların çoxunda maliyyə cəhətdən problemlər mövcuddur. Bu səbəbdən formasını geyindiyim komandanın dağılmaq təhlükəsi var idi. Belə olan halda maaş almaq olmurdu. Ailəm də olduğu üçün pul qazanmalı idim. Elə həmin vaxt “Muğan”nın prezidenti mənə zəng edib Azərbaycanda oynamağı təklif etdi.
- “Muğan”da nə vaxta qədər qalmaq fikrindəsən?
- Başqa ölkələrdən təklif yoxdur. Lakin sabah nə olacağını heç kim öncədən deyə bilməz. Avropa və ya Asiya klublarından təklif olarsa, komandamı dəyişə bilərəm.
- Premyer Liqanın ikinci mərhələsi artıq start götürür. Qarşıdakı oyunlar barədə nə düşünürsən?
- İlk dövrə bizim üçün uğursuz keçdi. İkinci dövrəyə normal hazırlaşmışıq və fikrimcə, bütün oyunlara uğurlu nəticə qazanmaq üçün çıxmaq olar. Komandamızın heyəti elə də zəif futbolçulardan qurulmayıb. Fevralın 3-də “İnter”ə qarşı oyunumuz var. Hamı bilir ki, Azərbaycanın ən güclü klublarından biri məhz “İnter”dir. Komanda səviyyəli və usta futbolçulardan qurulub.
- İlk dövrədəki 1:6 hesablı məğlubiyyəti unutdura biləcəyinizə inanırsanmı?
- Futbol mübarizəni və yüksək əhvali-ruhiyyəni sevən idmandır. Əgər biz bu oyuna ilk dövrədəki matçı düşünərək çıxsaq, əlbəttə, məğlub olarıq. Amma oyuna yaxşı köklənsək, qələbə qazana bilərik. Düzdür, ilk dövrədə ardıcıl məğlubiyyətlər aldıq. Amma bu o demək deyil ki, komanda indi pis vəziyyətdədir.
- Azərbaycanda hansı komandanı Avropa səviyyəli klub sayırsan?
- Ən səviyyəli klublar, “İnter”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ”dır. Bu klublar Avropanın istənilən turnirində uğurla çıxış edə bilərlər.
- Bu yaxınlarda Burkina Faso yığmasının heyətində Afrika Millətlər Kubokunda iştirak etdin. Kolo və Yaya Ture, Droqba kimi ulduzlara qarşı oynamaq çətin deyil?
- Mən artıq üçüncü dəfə idi ki, Afrika kubokda iştirak edirdim. Kubokdan öncə də Qana, Nigeriya, Kamerun millilərinə qarşı oynamışam. Yəni elə bir fərqli matçlar olmayıb. Qana, Fil Dişi Sahilinə qarşı oynamaq kənardan görsəndiyi kimi, elə də çətin deyil. Qrupda qalmağımıza baxamayaraq, bütün rəqiblərimizə qarşı layiqli mübarizə ortaya qoyduğumuzu söyləyə bilərəm.
- Ümumiyyətlə, Burkina Faso millisinə nə vaxtdan çağırılırsan?
- Artıq 10 ildir ki, milli komandanın heyətinə dəvət olunuram. 17, 19 və 21 yaşlılardan ibarət yığmalarda da oynamışam. Millidəki ilk oyunum 2000-ci ildə Kot d'İvuara qarşı olub.
- Afrika və Avropa futbolu arasında nə kimi fərq var?
- Avropa futbolu əsasən taktika üzərində qurulur. Afrika futbolu isə topla sürətlə davranmağı tələb etmir. Bizim futbol hər zaman fiziki gücü, təkbətək mübarizəni, atletik futbolu sevir.
- Afrika futbolunun ulduzlarından hansı ilə yaxın əlaqən var?
- Abdul Kader Keyta və Artur Boka ilə sıx əlaqələrim var. Ən yaxın dostlarım onlar olduğuna görə, vaxtımız olanda görüşürük.
- Azərbaycanda tək qalırsan?
- Bəli, təkəm. Amma ola bilsin ki, 3-4 günə ailəm də Bakıya gəlsin.
- Gələcəklə bağlı hansı planların var?
- Gələcəkdə karyeramı Asiya ölkələrindən birində davam etdirmək istəyərdim.
Mənbə: "Çempion-Azərbaycan" qəzeti
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı