"Bakı" Moldova millisinin hücumçusunu transfer etdi

"Bakı" Moldova millisinin hücumçusunu transfer etdi
ÖLKƏ FUTBOLU 31 Yanvar 2010 / 01:34 2484
-  A +

“Bakı” Moldova milli komandasının hücumçusu Vyaçeslav Sofroni ilə il yarımlıq müqavilə imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə gün ərzində paytaxt klubunun düşərgəsində baxışda olan Sofroni məşqçilər tərəfindən bəyənilib. Sofroni peşəkar futbol karyerasını 2002-ci ildə Moldovanın "Politexnika" (Kişinyov) klubunda başlayıb. Karyerasının növbəti illərində Qazaxıstan ("İrtış" Pavlodar, "Atırau") və Litva ("Vetra") çempionatlarında çıxış edib. Son klubu "Zimbru" (Kişinyov) olub. 25 yaşlı forvard Moldova milli komandasının heyətində 7 oyun keçirib və 2 qola imza atıb.

Daha çox


Son xəbərlər