“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Ramiz müəllim, ilk öncə komandanızın Antalyada keçirdiyi təlim-məşq toplanışı haqda fikirlərinizi öyrənmək istərdik.
- Türkiyədə 14 günlük təlim-məşq toplanışında olduq. Komandamızın heyətinə yeni oyunçular cəlb etdik. Bildiyiniz kimi, Sergey Sokolovla artıq müqavilə imzalamışıq. Bundan başqa isə Tomaş Stolpanın komandamızla müqaviləsi bitmişdi. Onunla altı aylıq yeni müqavilə imzaladıq. Norveçin yüksək liqasında oynayan Paulo və bolqar Leriçko da artıq “Qəbələ”nin oyunçularıdır.
- Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldınız?
- Bəli. Dörd yoxlama görüşü keçirdik. Rusiya premyer liqasında çıxış edən “Tom”u və Anqola yüksək liqasında çıxış edən klubu məğlub etdik. Rusiyanın I divizion təsmilçisi "Baltika" ilə bərabərə qaldıq. Daha sonra Koreya yüksək liqasında çıxış edən “İnçon” klubuna minimal hesabla məğlub olduq.
- Yoxlama görüşləri zamanı yəqin ki, komandanızın zəif cəhətlərini özünüzdə müəyyən edə bildiniz...
- Hazırda demək olar ki, bütün boşluqları aradan qaldırmışıq. Ancaq hələ də hücumçu axtarışını davam etdiririk. Gözaltı etdiyimiz forvardlar var. Onlarla danışıqlar aparırıq. Çalışacağıq ki, bu hücumçulardan birini heyətimizə cəlb edək.
- Qeyd etdiyiniz futbolçular yerli, yoxsa legionerlərdir?
- Xeyr, xarici oyunçulardır.
- “Qəbələ”dən ayrılan bəzi futbolçular oldu...
- Mən inanıram ki, yeni transferlərimiz yola saldığımız oyunçuların yerlərini rahatlıqla dolduracaqlar...
- “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev klublarımızın Antalyaya getməsindən narazılıq edirdi. Hacıyev Antalyaya yollanmaqda bir məna görmədiyini bildirirdi. Bu fikrə sizin münasibətiniz necədir?
- Hər bir məşqçinin fikrinə hörmətlə yanaşıram. Yəqin o da komandası üçün Azərbaycanda qalmağın daha münasib olacağını fikirləşir. Amma reallıq budur ki, bizim Azərbaycanda 4-5 səviyyəli klub tapıb yoldaşlıq görüşü keçirmək imkanımız yoxdur. Həmin klubları Azərbaycana dəvət etmək isə külli miqdarda vəsait tələb edir. Antalya toplanışının bizim klublara böyük faydası dəyir. Əksər klublar ordadırlar. İstədiyin klubla yoldaşlıq görüşü keçirmək şansın olur. Komandamızın futbolçularının beynəlxalq oyun təcrübəsi artır. Səviyyəli klublarla oynamaq bizim futbolçuların oyun praktikasını yüksəldir. Onları psixoloji cəhətdən daha da möhkəmləndirir. Biz Antalyaya əvəzedici heyətdən 5-6 futbolçu aparmışdıq. Onlar yoxlama görüşlərində çıxış etdilər. Özünüz fikirləşin... Rusiyanın premyer liqa klubuna qarşı oynamaq bu gənc oyunçuların təcrübələrini artmasına kömək etməzmi? “Qəbələ” klubu olaraq artıq gənc oyunçularımızı yetişdirib əsas heyətə cəlb etmək istəyirik.
- Tomaş Stolpa ilə müqaviləni artırdığınızı bildirdiniz. Halbuki mətbuatda onun komandadan qovulduğu yazılırdı...
- Biz Stolpanı komandadan qovmamışıq. Onun bizimlə müqaviləsi bitmişdi. Həm də son oyunlarda qırmızı vərəqə aldığından çempionatda bizə kömək edə bilməyəcəkdi. Bu səbəbdən ona vətəninə dönməsini söyləmişdik. Özünə demişdik ki, əgər yeni müqaviləyə ehtiyac duyulsa, səninlə əlaqə saxlayacağıq. Antalya toplanışı zamanı biz onunla əlaqə saxladıq. Şərtlərimizi qəbul etdi və bizdə yenidən onu heyətimizə qaytardıq. Çünki onun peşəkarlığı çox yüksək səviyyədədir. Bundan əlavə artıq polşalı hücumçu komandamızın bütün oyun sisteminə bələddir.
- Komandaya bir yeni hüçümçunun transfer olunacağını qeyd etdiniz. Həmin oyunçu nə zaman komandaya qoşulacaq?
- Premyer liqada “Olimpik-Şüvəlan”la səfərdə keçirəcəyimiz matça qədər həmin oyunçunu komandamızın heyətində görə biləcəksiniz.
- Fevralın 2-dən çempionatın oyunları bərpa olunur. “Qəbələ”nin qarşısına qoyduğu hədəflər dəyişməyib ki?
- Xeyr, hədəfimiz dəyişməz olaraq qalır. Məqsədimiz ilk “altılığ”a düşməkdir. Bilirsiniz ki, avroliqada vətənimizi təmsil etmək üçün çox gözəl şanslarımız var. İnşallah buna nail ola biləcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat