Kolumbiyalı ağır atlet Oskar Fiqeroa (62 kq.) Rioda keçirilən Yay Olimpiya Oyunarında qızıl medal qazanıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, ümumiyən 318 kq qaldıran (birdən 142, təkanla 176) O.Fiqeroa olimpiya çempionu olduğunu bildikdən sonra o, idman ayaqqabısını çıxararaq dizi üstə yerə oturub və ağlamağa başlayıb.
“Mən 22 ildir bu idman növüylə məşğulam. Artıq karyeranı bitirmək vaxtıdır. Məhz buna görə ayaqqabımı çıxardım və bununla karyeramı başa vurduğuma işarə etdim. Qələbəmi və göz yaşlarımı vətənim Kolumbiyaya həsr edirəm” – deyə 33 yaşlı atlet bildirib.
Qeyd edək ki, Kolumbiyanın dövlət himni səslənərkən də Feqeroa göz yaşlarını saxlaya bilməyib.
Yuxarı
Poqba sıradan çıxdı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi