Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb.
- Qadın şahmatçılarımız olimpiada ərəfəsində iki təlim-məşq toplanışında iştirak edib. Ümumilikdə hazırlığı necə qiymətləndirirsən?
- Məşqlərimiz çox maraqlı keçib. Hazırlıqdan razıyam. Sadəcə 3 ay ərzində sıx qrafiklə çalışmaq çox çətindir. Hər ay hazırlıq üçün toplaşdığımız zaman yaxınlarımızdan uzaq düşürük. Bu mənada bir qədər çətinlik yaradır. Qəbələdəki məşqlər bütün şahmatçılarımıza yaxşı təsir edəcək. Debütlər üzərində işlədik, bir-birimizlə şahmat oynadıq. Asudə vaxtlarında Bakı Şahmat Olimpiadası haqda müzakirələr apardıq. Bu yarışda ilk dəfə ölkəmiz həm qadınlar, həm də kişilər arasında 3 komandayla təmsil olunacaq. Ona görə hər birimiz məsuliyyət hiss edirik.
- Növbəti hazırlıq nə vaxtdan başlayır?
- Sabah olimpiadaya son hazırlıq mərhələsi başlayır. Əsas komandamız Gürcüstan yığmasıyla qarşılaşacaq. 5 gün ərzində biz gürcü xanımlara qarşı oynayacayıq. Nəticələr reytinqə hesablandığından çox maraqlı mübarizə olacaq. Olimpiada ərəfəsində zəif nöqtələrimiz üzə çıxacaq.
- Gürcüstan yığması reytinqə görə bizim komandamızdan üstündür. Bu mənada yoldaşlıq görüşündə güclü rəqibə qarşı oynamaq çətinlik yaratmayacaq?
- Həmişə güclü şahmatçılara qarşı oynamaq istəmişik. Bir-birimizlə şahmat çox oynayırıq. Güclü rəqiblə mübarizədə şahmatçı səhvlərini görür. Yoldaşlıq görüşündə güclüyə qarşı oynamaq lazımdır ki, olimpiadada istənilən rəqibə hazır olaq.
- Qadın şahmatçılarımız olimpiadada hansı hədəf uğrunda yarışacaq?
- Məqsəd ilk onluqda qərarlaşmaqdır. Xantı-Mansiyskdə keçirilən olimpiadada biz 3-8-ci yerləri bölüşdürmüşdük. Bakıda onluğa düşməsək nəticəni uğurlu hesab etməyəcəm. 70% komandamıza inanıram. Bir çox amillər yarış vaxtı özünü göstərəcək. Əsas komandamızın psixoloji cəhətdən olimpiadaya hazır olmasıdır. Üçüncü yığmada iştirak edən xanım şahmatçılar üçün yarış böyük təcrübə olacaq. Bütün komandalarımızda çox istedadlı şahmatçılar var. Ümid edirik ki, gələcəkdə yığmada rəqabət güclənəcək.
- Kişilərdən ibarət yığmaya böyük ümidlər bəslənilir. Həmkarlarından hansı nəticəni gözləmək olar?
- Proqnoz vermək yaxşı adət deyil. Biz hamımız onlar dəstək oluruq. Bütün yarışlarda şahmatçılarımız ölkəmizi layiqincə təmsil etmək üçün çalışır. Onların uğur qazanmaq şansları çoxdur. Biz onlara inanırıq. Oğlanlar da yaxşı hazırlıq keçib. Qadın yığmamızın uğurlu çıxışı kişi komandasının nəticəsindən asılıdır. İnanın, bu belədir. Oğlanlar yaxşı oynayanda bizə sanki əlavə güc gəlir. Şəhriyar və komanda yoldaşları qələbə qazanan turdan sonra biz də yaxşı nəticə göstərməyə çalışırıq. Sanki yaxşı mənada rəqabət yaranır.
- Sizin fikrinizcə, Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ölkədə idmanın bu növünə necə təsir edəcək?
- Bu yarışın Bakıda keçirilməsi tarixi hadisədir. İndiyə qədər Bakıda heç bir yarışda bu sayda ölkə təmsil olunmayıb. 180-dən çox ölkənin paytaxtımıza gəlişi Azərbaycanı növbəti dəfə dünya şahmatının mərkəzinə çevirəcək. Həmişə müxtəlif yarışlarda iştirak etdiyimiz vaxt bizdən Azərbaycan haqda soruşurdular. İndi qonaqlar özləri gəlib Bakını görəcək və yüksək təşkilatçılığın şahidi olacaqlar. Məmmədyarovlar üçün olimpiada xüsusilə əlamətdar olacaq. İlk dəfə mən, qardaşım Şəhriyar və bacım Türkan müxtəlif komandalarda birinci lövhədə çıxış edəcəyik.
- Qardaşın Şəhriyar hazırlaşmaqda sizə kömək edir?
- Evdə şahmatdan çox danışırıq. Vaxt olanda sürətli şahmat oynayırıq. Çətinlik olan zaman Şəhriyar bizə dəstək olur. Məsləhət istədiyimiz vaxt həmişə kömək edib. Debütlə bağlı sual verdikdə müxtəlif variantlar təklif edir. Amma evdə oynayanda da Şəhriyarı uda bilmirik. Zarafat edirik, lakin sonda yenə qardaşım qələbə qazanır (gülür).
- Bakı Şahmat Olimpiadası sizin üçün digərlərindən necə fərqlənəcək?
- Məsuliyyət çoxdur. Xarici ölkədə olduğumuz zaman azarkeşlər bizim haqda yalnız mətbuatda oxuyur. Amma indi şahmat həvəskarları Bakı Kristal Zalına gəlməklə bizə dəstək olacaqlar. Müəyyən mənada çətin olacaq. Təzyiq deməzdim, sadəcə yaxınlarımızın yanımızda olduğunu unutmayacayıq. Dəstək çox vacibdir. Yaxşı nəticə qazanmaqla hamını sevindirməyə çalışacayıq.
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi
Tramp ABŞ millisinin ilk oyununu izləməyəcək
"O, hələ də çox təhlükəlidir"
Məşhur məşqçi dünyasını dəyişdi
"Mançester Siti" ilə danışıqları dayandırdı
Millətlər Liqası matçı azarkeşsiz keçiriləcək
"Liverpul"da ayrılıqlar davam edir
Futbolda hamı böyüdü, tək bizdən başqa - Səfər qeydləri
"Karvan-Yevlax" onu da yola saldı
"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"
Kurtua karyerasını başa vurur?
Bu gün ABŞ-da da açılış olacaq
"Sumqayıt"da itki - 9 ay oynamayacaq
Bellinqemin mövqeyi dəyişə bilər
"Şəfa"dan növbəti transfer
Argentinalı futbolçu zədəsini sağaltdı
FİFA boş tribunalara görə tənqid olundu
Kanada millisinin kapitanı ilk matçı buraxacaq
İbizada dincəlirdi, təcili milliyə çağırıldı - Video
"Yuventus" qapıçı axtarışında
"Futbolçularımın təslim olmaması məni sevindirdi"
3 qolun vurulduğu Koreya - Çexiya oyunundan - Video
İlk oyunların ən yaxşı futbolçuları seçildilər
Mundialın açılışında bədbəxt hadisə
Acun İlıcalıdan 250 milyon avroluq transfer büdcəsi
Axır ki, mundial iştirakçısına ABŞ-a girişə icazə verildi
İlk oyunda 2 qol, 3 qırmızı vərəqə - Tarixi mundial başladı
DÇ-2026-nın açılışından maraqlı anlar - Şəkillər
Dünya çempionaları tarixinin ən yaşlı baş məşqçisi oldu
"Tottenhem"in oyunçusu Argentina millisində