Qurban Qurbanov: "Hazırlıq oyunlarında qeydə alınan nəticələr əhəmiyyət kəsb etmir"

ÖLKƏ FUTBOLU 27 Yanvar 2010 / 16:27 2674
-  A +

“Qarabağ” klubu Antalyada keçirdiyi təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov toplanışla bağlı fikirlərini bildirib: “15 günlük çalışma müddətindən maksimum yararlanmağa çalışdıq. Daha çox fiziki və taktiki çalışmalar üzərində durduq. Yoxlama görüşləri keçirdik. Hazırlıq oyunlarında qeydə alınan nəticələr elə də əhəmiyyət kəsb etmir. Belə oyunlarda adaptasiya və çatışmazlıqlarımızı aradan qaldırmağa səy göstərdik. Zənnimcə, toplanışdan lazımınca yararlana bildik".

Daha çox


Son xəbərlər