Milli komandamızın və “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlu Qol.Az saytına verdiyi müsahibədə komandasının “Birlik kuboku”ndakı fiaskosu, eləcə də gələcək karyerası barədə danışıb.
- “Birlik kuboku” artıq geridə qaldı. Rusiya paytaxtındakı fiaskodan sonra “Bakı” özünə gələ bilib?
- Biz də məhz bunun üçün çalışırıq. Həqiqətən də “Birlik kuboku”ndakı uğursuzluğu mümkün qədər tez unutmalıyıq. Unutmağa da çalışırıq. Deyə bilərəm ki, hazırda komandamızda əhval-ruhiyyə yaxşıdır. Tezliklə çempionatın başlamasını gözləyirik.
- “Bakı”nın “Birlik kuboku”ndakı çıxışına necə ad vermək olar?
- Bizim həmin turnirdəki çıxışımızın yalnız bir adı var - biabırçılıq. Kuboku qazanmaq üçün getdiyimiz yarışda heç qrup mərhələsini belə adlaya bilmədik. Buna başqa nə ad vermək olar?
- Həqiqətən də belədir. Artıq “Aktobe” ilə oyunun üstündən 1 həftədən də çox vaxt keçib. Necə düşünürsən, “Bakı” niyə fiaskoya uğradı?
- Biz arxayınçılığın qurbanı olduq. “Aktobe” ilə oyuna arxayın çıxmışdıq. Futbolda bu cür hal yolverilməzdir. Qazaxıstan çempionu ilə görüşdə bizi heç-heçə də qane edirdi. Buna görə də meydana arxayın çıxmışdıq. Nəticədə rəqib bundan istifadə edib, bizi necə lazımdır, cəzalandırdı.
- “Bakı”nın fiaskosunu yalnız arxayınçılıqla əlaqələndirirsən?
- Bəli, ilk və ən əsas səbəb budur. Amma digər səhvlərimiz də oldu. İlk qolu necə buraxdığımızı hələ də anlaya bilmirəm. Bu cür səhvlər yolverilməzdir. Digər tərəfdən, əgər sən oyun ərzində qapıya bir dənə də olsun düz-əməlli zərbə vurmursansa, məğlubiyyətdən başqa nəyə nail ola bilərsən ki?
- “Birlik kuboku”ndakı fiasko ölkədaxili yarışlarda “Bakı”ya psixoloji baxımdan problem yarada bilər?
- Bayaq da dediyim kimi, biz həmin uğursuzluğu unutmağa çalışırıq. Ona görə də hər hansı bir problem yaşayacağımıza inanmıram. Əksinə, azarkeşlərimiz önündə bəraət qazanmaq üçün bacaradığımızın yüz deyil, iki yüz faizini ortaya qoyacağıq.
- Səncə, “Bakı” Moskvadakı fiaskonu unutdurmaq üçün nə etməlidir?
- Çempionat və kubokda öz sözümüzü deməliyik. Düzdür, çempionluğu qazanmaq elə də asan olmayacaq. Çünki hazırda biz beşinci pillədə qərarlaşmışıq. Amma təslim olmaq fikrində deyilik və sonadək mübarizə aparacağıq. Eyni zamanda kubokda da qalib olmaq üçün əlimizdən gələni edəcəyik.
- Mövsümün əvvəlində 3 titul qazanmağı qarşısına məqsəd qoyan “Bakı” artıq onlardan birini itirdi. Necə düşünürsən, eyni hal digər iki turnirdə də təkrarlana bilər?
- Bu futboldur və burada istənilən nəticəylə qarşılaşmaq mümkündür. Kim deyərdi ki, biz “Birlik kuboku”nda mübarizəni qrupda başa vuracağıq? Amma mən inanıram və ümid edirəm ki, çempionat və kubok oyunlarında daha inamlı “Bakı” görəcəksiniz.
- “Aktobe” ilə oyunun ilk yarısında zədələnərək, meydanı yarımçıq tərk etdin. Hazırda durumun necədir?
- Həqiqətən də ciddi zədə aldım. Qaşım partlamışdı. Meydanı vaxtından əvvəl tərk etməyim mənə də pis təsir etdi. Çünki son ana qədər komandamla birgə olub, uğur qazanmaq istəyirdim. Amma təəssüf ki, alınmadı. Hazırda özümü yaxşı hiss edirəm. Tam gücümlə məşqlərdə çalışıram. Səbirsizliklə çempionatı gözləyirəm.
- Çempionatın bərpasına çox qalmayıb. Necə düşünürsən, “Bakı” fasilədən istədiyi kimi yararlana bildi?
- Məncə, bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.
- Amma sən də komandanın üzvüsən və sənin də fikrini bilmək maraqlı olardı.
- Fasilə dövründə baş məşqçimizin tutduğu proqrama əsasən çalışırıq. O nə deyibsə, biz də onu həyata keçirmişik. Fikrimcə, starta 1-2 gün qalmış “Bakı” 100 faiz hazır olacaq.
- Haciyevskinin vaxtındakı “Bakı” ilə indiki komanda arasında hansı fərqlər və oxşarlıqlar var?
- Fərq ilk növbədə baş məşqçilərdə, onların məşq və oyun planlarındadır. Hər məşqçinin özü yolu var. Oxşarlıq isə ondadır ki, “Bakı”nın adı var. Komandanı kimin çalışdırmasından asılı olmayaraq məqsəd birdir - çempion olmaq.
- Onda sualı belə qoyaq, ötən il çempion olan “Bakı” daha güclü idi, yoxsa indiki?
- Mən bu suala cavab verə bilmərəm. Bunu futbol mütəxəssisləri, azarkeşlər, eləcə də siz jurnalistlər deyə bilərsiniz.
- Atan və şəxsi menecerin olan Yunis Məmmədov bu gün mətbuata verdiyi açıqlamada sənin yaydan sonra “Bakı”da qalmayacağını deyib.
- Atam nə deyirsə, düz deyir.
- Deməli, “Bakı”dan gedirsen?..
- Gəlin, tələsməyək. Mənim yayadək “Bakı” ilə müqaviləm var və hazırda bütün diqqətimi məhz bu klubun uğur qazanmasına yönəltmişəm. Sonra necə olacağını isə zaman göstərəcək.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı