"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı

"Qəbələ" "Lİll"ə oyunun hazırlığına başladı
XƏBƏR 31 İyul 2016 / 14:25 3137
-  A +

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Fransanın “Lill” klubu ilə iyulun 28-də səfərdə keçirilən ilk qarşılaşmanın (1:1) ardından məşqlərinə bir günlük ara verən “qırmızı-qaralar” Bakıdakı oyunun hazırlığına iyulun 30-da başlayıb.

Roman Qriqorçukun yetirmələri məşq prosesində iki qrupa bölünüblər. Fransadakı matçın iştirakçıları bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər. “Qırmızı-qaralar” növbəti məşqini bu gün gerçəkləşdirəcək. Bakıda hazırlıq keçən komanda günün ikinci yarısında bir araya gələcək.

Xatırladaq ki, “Qəbələ” – “Lill” oyunu avqustun 4-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner