"Qəbələ" - "Lill": biletlərin qiyməti açıqlandı

"Qəbələ" - "Lill": biletlərin qiyməti açıqlandı
XƏBƏR 31 İyul 2016 / 12:45 8639
-  A +

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – “Lill” (Fransa) matçının biletləri sabah – avqustun 1-dən satışa çıxarılacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Xatırladaq ki, avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – “Lill” qarşılaşması saat 21:00-da başlayacaq.

Son xəbərlər
topaz banner