“Onları komandada görmək istəmirəm” – Mourinyo

“Onları komandada görmək istəmirəm” – Mourinyo
XƏBƏR 31 İyul 2016 / 12:33 13324
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo futbolçuları Bastian Şvaynştayger və Adnan Yanuzayı komandada görmək istəmədiyini bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis bunu “Qalatasaray”la yoldaşlıq oyunundan sonra açıqlayıb:

“Əgər hansısa futbolçu planımda yoxdursa, ona bir dəqiqə də şans vermərəm. Hazırda heyətdə rəqabət böyükdür. Şvaynştayger və Yanuzayı komandada görmək istəmirəm. Bizi Avropa Liqasında və Premyer Liqada çətin oyunlar gözləyir”.

Qeyd edək ki, “Mançester Yunayted”in daha 7 futbolçu - Uille Kine,  Tayler Blekkette, Peddi Makneyre, Ceyms Uilson, Andreas Pereyra,  Timati Fosu-Mensa, Kemeron Bortuik-Ceksonla yolları ayıracağı gözlənilir.

Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner