Ötən ilin ən yaxşı qolunun müəllifi karyerasını başa vurdu

Ötən ilin ən yaxşı qolunun müəllifi karyerasını başa vurdu
XƏBƏR 29 İyul 2016 / 14:52 11208
-  A +

Ötən il dünyanın ən yaxşı qoluna imza atan "Qoyanesiya" klubunun futbolçusu Vendell Lira karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 27 yaşındakı braziliyalı futbolçu qərarını belə əsaslandırıb:

"Futbol dünyasındakı yalanlar və zədəm belə qərar verməyimə səbəb oldu. Futbolda 15 il keçirdim. Braziliyada peşəkar futbolçu olmaq çox çətindir. Heç vaxt unuda bilməyəcəyim anlarım oldu. Dünya ulduzları ilə birgə oynadım və bir sıra uğurlara imza atdım. Lakin artıq futboldan getməyə qərar verdim".

Qeyd edək ki, Lira 2015-ci ilin ən yaxşı qolu üçün verilən Ferens "Puşkaş" mükafatına sahib çıxıb. Onun "Atletiko Qoyanense"yə vurduğu qol ötən ilin ən yaxşısı seçilib.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner