"CBC Sport"dan yayımın kəsilməsi ilə bağlı açıqlama

"CBC Sport"dan yayımın kəsilməsi ilə bağlı açıqlama
XƏBƏR 29 İyul 2016 / 00:10 14667
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Lill" - "Qəbələ" matçının (1:1) yayımı 86-cı dəqiqədə dayanıb.

Qol.az-ın məlumatına görə, oyunu canlı yayımlayan "CBC Sport" telekanalı bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Hörmətli "CBC Sport" tamaşaçıları, bizdən asılı olmayan səbəblərə görə "Lill" - "Qəbələ" oyununun yayımı 86-cı dəqiqədə dayandı.

Fransalı həmkarlarımızın Lill şəhərindən ötürdüyü siqnalda texniki problemlər yarandığı üçün matçı sonadək təqdim edə bilmədik.

Buna görə, sizdən üzr istəyirik. Ancaq Fransa tərəfi ilə danışıqlardan sonra sabah bütünlükdə oyunun yayımını təqdim etməyə çalışacağıq".

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner