“Qarabağ” klubundan Hollandiyanın “Tvente” komandasına keçən Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov bu gün Bakını tərk edib. Bu haqda 21 yaşlı hücumçunun atası Füzuli Cavadov məlumat verib. Füzuli Cavadov oğlunu yenicə Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin paytaxtı Ankaraya yola saldığını bildirib. Onun sözlərinə görə, oğlu üçün Hollandiyaya viza məhz Ankarada açılacaq: “Hollandiyadan bizimlə əlaqə saxlayaraq, bildirdilər ki, Vaqif Cavadova viza bu ölkənin Türkiyədəki səfirliyindən veriləcək. Çünki Hollandiyanın Azərbaycanda nümayəndəliyi yoxdur. Vaqif Ankarada viza alaraq, “zambaqlar ölkəsi”nə yollanacaq”.
Hələlik Vaqif Cavadov ailə üzvlərini Hollandiyaya apara bilməyib. Bu isə dəvətin yalnız futbolçunun özünə gəlməsi ilə əlaqədardır. Lakin Füzuli Cavadov yaxın günlərdə ailəliklə övladının yanına yollanacaqlarına ümidvar olduğunu bildirib.
Xatırladaq ki, Vaqif Cavadov “Tvente” ilə 3,5 illik müqavilə bağlayıb.
Mənbə: lent.az
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı