Millimizin üzvü oynadı, komandası uduzdu

Millimizin üzvü oynadı, komandası uduzdu
ÖLKƏ FUTBOLU 24 İyul 2016 / 00:13 5869
-  A +

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu ikinci bundesliqa təmsilçisi "Erçqebirqe" növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aue təmsilçisi bu dəfə Almaniya Regional liqasında oynayan "Essen" klubu ilə qarşılaşıb.

Matç Nazarovun komandasının minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Erçqebirqe" ikinci hissədə iki top buraxmaqla görüşdən məğlub ayrılıb - 1:2.

Start heyətində meydana çıxan D.Nazarov 69-cu dəqiqədə əvəzlənib.

Daha çox


Son xəbərlər