"Viktoriya" - "Qarabağ" oyununun hakimləri bilindi

"Viktoriya" - "Qarabağ" oyununun hakimləri bilindi
ÖLKƏ FUTBOLU 23 İyul 2016 / 14:38 9412
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Viktoriya" - "Qarabağ" görüşünün hakimləri müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çexiyada keçiriləcək qarşılaşmanı makedoniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandar Stavrev olacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Dimitar Mekarovski isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, iyulun 26-da "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Daha çox


Son xəbərlər