Nazarovun komandası "Liverpul"a qalib gəldi

XƏBƏR 21 İyul 2016 / 17:33 8611
-  A +

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu ikinci bundesliqa təmsilçisi "Erçqebirqe" növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aue təmsilçisi "Liverpul"un 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb.

Matç Almaniya klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Nazarov meydana fasilədən sonra daxil olub.

Qarabağ FK
Son xəbərlər
topaz banner