Qvardiola: "Mourinyo məni daha güclü məşqçi etdi"

Qvardiola: "Mourinyo məni daha güclü məşqçi etdi"
XƏBƏR 8 İyul 2016 / 19:54 7824
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo ilə bağlı açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Mourinyonun onun daha yaxşı məşqçi  olmasına köməklik etdiyini bildirib:

"Mourinyo ilə bir çox oyunda rəqib olmuşuq. Güclü məşqçilərə qarşı oynadığım görüşlər mənə kömək edir. Mourinyo da yaxşı məşqçidir. O, məni daha güclü məşqçi etdi".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner