"Neftçi"nin Maltanın 4-cü yeri tutan klubu "Baltsan" ilə oyunda vaxt aparmasını görəndə utandım, Bakcell Arenada əyləşdiyim, daha doğrusu əyləşə bilmədiyim oturacağın altına girmək istədim. 3-cü qolu buraxacağımız halda stadionu necə tərk edəcəyimi, əynimdəki ağ-qara forma və boynumdakı şərflə yolları, səkiləri necə keçəcəyimi dərd edirdim. Ətrafdakıların "Neftçi yenə uduzdu? " sualına nə cavab verəcəyimi, bu dəfə hansı bəhanəni gətirəcəyimi düşünürdüm.
21 ildir ki, "Neftçi" azarkeşiyəm. Mən flaqmandan ötrü həyəcan keçirəndə indi o formanı geyinənlərin, top-top oynayanların çoxu hələ təzəcə dünyaya gəlmişdilər. Sonradan "Peraşki dövrü" adlandırdılar o dövrü. Amma daha ruhlu idi o dövrün "Neftçi"si. Çünki o futbolçular hansı klubun formasını geyindiklərini yaxşı anlayırdılar. Amma indi... Nə idmançı ruhu var, nə də fərasət. Qarda, yağışda, soyuqda, istidə "Neftçi" adı üçün tribunada olan sadə azarkeş qədər o adın əhəmiyyətini bilmirlər. Bilməzlər təbii ki... Çünki azarkeş "Neftçi" üçün pulundan keçməli olur, bunlar isə pul davası edirlər.
Çingiz Abdullayev yenicə şura sədri olduqda gözəl, pafoslu cümlələrdən istifadə edirdi. "Necə ki, Qız qalası, Xəzər dənizi, Muğam sənəti, Nizami Gəncəvi, Novruz bayramı və s. xalqımızın simvoludursa, "Neftçi" də elədir, elə olmalıdır." Hanı bəs??? 6-cı yeri tutaraq Avroliqaya vəsiqə qazanan, "Baltsan"ın ayaqları altında əzilən, adı yalnız qalmaqallarda çəkilən "Neftçi"dən danışırsınızsa, güldürməyin camaatı özünüzə. 80 illik yubileyində hədəfi bilinməyən, azarkeşlərə tutarlı izahat verə bilməyən klub xalqın simvolu ola bilməz. Xalqın komandasında olanlardan xalqın xəbəri yoxdur.
Bütün dünyada, xüsusilə, bizim kimi ölkələrdə olan iqtisadi böhrandan xəbərimiz var, anlayırıq. Lakin SOCAR bütün layihələrini davam etdirərkən yalnız "Neftçi"yəmi qənaət edir? Bəs "Neftçi" xalqımızın simvoludur" deyirdiniz. Dostlar, bəlkə də səmimiydiniz, amma bacarmadınız. Düşün gedin o taxtdan. Çəkilin kənara, anlayanlar gəlsin, sahib çıxsın və idarə etsin. Sadıq Sadıqov, Tahir Süleymanov və başqalarını reklam etmirəm, onlardan bəhs etmirəm. Mənə-sadə bir fanata fərqi yoxdu, kim şura sədri olur, kim direktor olur. Bacaranlar gəlsin. Siz özünüzü doğrultmadınız, vaxtınız bitdi! Gedin, yoxsa...
Ötən il bu zamanlar da təhdid etmişdik sizi, fəqət vədlərinizə inandıq. Bu il isə bağışlanmayacaqsınız. Sürprizimiz var sizə. Bir qrup azarkeşlə Prezidentə müraciət hazırlayırıq. Bizim flaqmanımız bizə-həqiqi sahiblərinə (azarkeşlərə) qaytarılsın deyə.
Tural ƏZİZOV
Fanat.az
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video